BAKI, 17 iyun. TELEQRAF

"Ötən il 60 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub. 38 minə yaxın müəllimin əməkhaqqına 35% artım edilib. 17 min müəllimin isə əməkhaqqına 10% artım tətbiq olunub".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, sertifikatlaşdırmada yüksək nəticə göstərmiş müəllimlər artıq mentor müəllim kimi çıxış edərək məktəbdaxili metodiki xidmətlər həyata keçirirlər.

“2024-cü ildə 10% və 35% nəticə əldə edən müəllimlərin sayında ciddi artım müşahidə olunur”.

Qeyd edək ki, iyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənnlərindən sertifikasiya imtahanıdır.

İyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.