BAKI, 17 iyun. TELEQRAF

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, iyunun 18-də şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 21-22° isti olacaq.