MİNGƏÇEVİR, 15 iyun. TELEQRAF
İyunun 15-də saat 23:00 radələrində Mingəçevir şəhərində “Renault” markalı avtomobil yolun kənarında dayanan asfaltqazıyan texnikaya çırpılıb.
Nəticədə “Renault”da olan sərnişin, 1972-ci il təvəllüdlü Müşviq Mövsümov aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Daha 3 nəfərin xəsarət aldığı bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
***
23:10
Mingəçevirdə avtomobil qəzası baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib.
Minik avtomobilinin betonqarışdıran maşınla toqquşması nəticəsində bir kişi ölüb, daha iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.