BİLƏSUVAR, 10 iyun. TELEQRAF
Biləsuvarda yaşayış evi tamamilə yanıb, ev sahibi olan 96 yaşlı kişi xəsarət alıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Cəbrayıldan olan keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş verib.
Burada yerləşən 75 nömrəli evdə səbəbi hələlik məlum olmayan yanğın qeydə alınıb. Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə zamanı ev sahibi də yanıq xəsarəti alıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının genişlənərək qonşu evlərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.