BAKI, 9 iyun. TELEQRAF

İyunun 13-də ilk zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcəklər.

Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar ayın 16-a kimi orada qalacaqlar:

“İyunun 16-dan etibarən isə ilk zəvvar qrupları Mədinədən Azərbaycana qayıdacaqlar. Onlar səhər saatlarında yola çıxacaqlar və günorta saatlarında Bakıya çatacaqlar”.

V. Cahangiri əlavə edib ki, zəvvarlar artıq son Həcc əməllərini yerinə yetirirlər:

“Onlar son təvaflarını edirlər, sonra təvaf namazı qılacaq və səy edəcəklər. Daha sonra isə istəyənlər müstəqil şəkildə Kəbəyə gedib namaz qılacaqlar”.