BAKI, 6 iyun. TELEQRAF
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, Şamaxıda ötən gün saat 16:02 və 16:04-də iki dəfə 4 və 3,1 gücündə, bu gün səhər saat 06:40-da isə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.