BAKI, 5 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Şamaxıda qeydə alınan zəlzələlərlə bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

16:05

Şamaxının Pirqulu ərazisində 2 zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərdən biri yerli vaxtla 16:02-də qeydə alınıb. Zəlzələ 7 km dərinlikdə baş verib.

Zəlzələ episentrdə 4 bal, Xızı və Şamaxı rayonlarında 4-3 bala qədər hiss olunub.

Digər zəlzələ isə yerli vaxtla 16:04-də qeydə alınıb və hiss olunmayıb. Maqnitudası 3,1 olan zəlzələ 4 km dərinlikdə baş verib.