BAKI, 5 iyun. TELEQRAF
Hazırda hacılar Ərafatda zöhr namazı qılmağı gözləyirlər.
Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, hacılar zöhr namazını qıldıqdan sonra niyyət olunacaq.
"Zöhr azanından şam azanına kimi vüquf etmək (durmaq) ayini olacaq.
Havanın hərarəti yüksək olsa da, hacılar yüksək səviyyəli kondisionerlərlə təmin olunmuş çadırlarda qalırlar. Çadırların hündürlüyü 5 metrdir. Zəvvarlar orada süngər döşəkçələr, incə ədyal və balışlar, buz, çay kimi içkilər, gündə 3 dəfə yemək ilə təmin olunurlar",- V.Cahangiri qeyd edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
***
09:13
Bu gün Ərafa günüdür, yəni Zilhiccə ayının 9-cu günüdür.
Teleqraf xəbər verir ki, bu gün Həcc ziyarətinə gedən bütün zəvvarlar Ərafat dağındadırlar.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, Ərafatda durmaq Həccin əsas ayinidir.
"Əgər bu icra edilməsə, Həcc məqbul sayılmır. Peyğəmbər (s.ə.s) buyurub ki, Həcc Ərafatdır. Bu da zöhr azanından şam azanına kimi orada durmaq, dualar etməkdir", - o əlavə edib.
Hacıların Ərəfat dağında dua etdiyi, Həcc ibadətinin zirvəsi olan bu gün, duaların qəbul olunduğu, Allah qatında ən fəzilətli gündür.
Ramazanın son 10 gecəsinə yalnız Zilhiccənin 10 gündüzü rəqib ola bilər. Qədr gecəsi üstün olduğu kimi, Ərəfanın isə, gündüzü ən üstün hesab olunur.
Ərafa-nemətlərin tamamlandığı və dinin kamilləşdiyi bir gündür. Ərafa günü tutulan oruc iki ilin günahlarını silir. Məşhur alim Munəvi deyib ki, özündən sonrakı ildə insanı günaha düşməkdən qoruyar və ya günahlarını siləcək savab verilər.
"Yaxud da günaha düşsə belə, həqiqi mənada onu silər və bu kəffarə, silinəcək günahdan öncə olar".
Ərəfa gününün əzəmətini anlayaraq – çoxlu dua etmək, oruc tutmaq, bacardıqca çoxlu nafilə namazları qılmaq, Quran oxumaq, zikr etmək, sədəqə vermək və digər xeyirli əməllərlə keçirməklə bu böyük fürsətdən yararlanmağa çalışmaq lazımdır. Qədr gecəsi və Ərəfa gündüzü - tayı-bərabəri olmayan ən möhtəşəm və duaların qəbul olunduğu günlərdir.