BAKI, 4 iyun. TELEQRAF

Palçıq vulkanları dünyada 30 ölkədə yayılıb.

Teleqraf xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzi Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransında deyib.

O bildirib ki, dünyada olan 2500 palçıq vulkanından 365-i Azərbaycandadır.

"Onlardan 360-ı Xəzərin cənub hissəsində yerləşir. Ən aktiv palçıq vulkanlardan biri Lökbatan palçıq vulkanıdır. Bu vulkanın püskürməsi hər 1-2 ildən bir qeyd olunur. Digər aktiv palçıq vulkanlarından biri Şamaxı ərazisində olan Quşçu palçıq vulkanıdır. Həmçinin Xəzər dənizində də palçıq vulkanlarının baş verməsi qeydə alınır", - S.Kazımova deyib.