BAKI, 3 iyun. TELEQRAF

Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.

Bu barədə Teleqraf-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Şəhərin kommunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb. Bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.

Yağış və dolu zamanı Xankəndi şəhərindən çəkilmiş görüntüləri təqdim edirik.