BAKI, 2 iyun. TELEQRAF

Sabah Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi dəfn olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Hərbiçi olmuş İbrahimov Sahil Nurəddin oğlu iyunun 3-də, saat 12:00-da Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.