BAKI, 1 iyun. TELEQRAF

Masallı rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi bəlli olub.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində iki nəfər – Elşən Nazim oğlu Əliyev və İntiqam Bəxtiyar oğlu Sərdarlı müxtəlif dərəcəli bədən travmaları ilə xəstəxanaya yerləşdiriliblər.

Elşən Əliyev bədəninin bir neçə hissəsindən xəsarət alıb, İntiqam Sərdarlının isə boyun nahiyəsində ağır zərbə müşahidə olunub. Hər iki şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarətinə götürülüb.

Hazırda onların müalicəsi tibb müəssisəsində davam edir.