BAKI, 28 may. TELEQRAF
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi, jurnalist Ceyhun Musaoğluya ağır itki üz verib.
Teleqraf xəbər verir ki, onun qardaşı Elnur Musayev vəfat edib.
39 yaşlı E. Musayev xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşı idi.
E. Musayev sabah Mehdiabad qəsəbəsində dəfn olunacaq.
Allah rəhmət eləsin!
