BAKI, 26 may. TELEQRAF

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Pakistan vətəndaşı Şah Nəsrət Şah Yar Mat əfv sərəncamı üçün prezidentə təşəkkür edib.

O bildirib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilib.

"9 il 6 ay həbs cəzası alıb, 6 il həbsdə olmuşam, 3 il 5 ayla əfv sərəncamına düşmüşəm. Əfv sərəncamı üçün Azərbaycan Prezidentinə təşəkkürlərimi bildirirəm".

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib.