AĞDƏRƏ, 26 may. TELEQRAF
Ağdərədə insan skeletinə məxsus qalıqlar tapılıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayonun Sırxavənd kəndi ərazisində qazıntı işləri aparılarkən insan sümüklərinə oxşar skelet aşkar edilib. Qalıqların 3 nəfərə aid olduğu ehtimal edilir.
Sümüklər tapılan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirmək üçün cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.