BAKI, 26 may. TELEQRAF

Bu gündən iyunun birinə qədər geomaqnit qasırğası olacağı proqnozlaşdırılır.

Bu barədə Teleqraf-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəş küləyinin sürətinə müsbət qütblü Tac Dəliyi Axınlarının təsirinin 28 mayadək davam edəcəyi gözlənilir. 26 may- 01 iyun tarixlərində geomaqnit sahəsinin dəyişkən və aktiv olacağı gözlənilir.