BAKI, 23 may. TELEQRAF

"Riyaziyyatla bağlı imtahan nəticələri ürəkaçan deyil".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.

"Riyaziyyat fənnindən buraxılış imtahanlarının vəziyyəti yaxşı deyil. Ümid edirik, gələn ildən etibarən riyaziyyatla bağlı nəticələr də yaxşılaşacaq", - DİM sədri qeyd edib.