BAKI, 23 may. TELEQRAF
"Qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
"Gələcək imtahan iştirakçılarının davranış qaydalarına da xüsusi diqqət yetirmələri üçün çağırış edirik. Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər.
Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər".
DİM sədri qeyd edib ki, imtahanda telefon və digər vasitələr keçirmək istəyənlər aşkar olunur.
"Amma təəssüf ki, o şəxləri qınamırlar. Uşaqdır, yazıqdır deyirlər”.