BAKI, 21 may. TELEQRAF

Mayın 20-də Audiovizual Şurada televiziya kanallarının informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, bu ilin aprelin 11-dən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilib, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılıb. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildiriblər.

Müzakirələrin sonunda həyata keçirilən işlərlə bağlı daimi kommunikasiyanın saxlanılması, bu istiqamətdə mövcud çətinliklər və onların qarşılıqlı əməkdaşlıq formatında aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.