BAKI, 21 may. TELEQRAF
Bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 m/s-dək güclənib.
Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.