BAKI, 20 may. TELEQRAF

Proqnoz günlərində (20-26 may) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M sinif alışmanın baş verməsi ehtimalı 35%, X sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Şamaxı Astorfizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-sabitdir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac dəliyinin təsiri ilə yenidən yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması proqnozlaşdırılır.

Həmçinin, mayın 15-18-də əsasən Tac dəliyi Axınlarının G1-G2 səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

Qeyd edək ki, alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib. X sinif alışmalar ən güclü alışmalardır.