BAKI, 19may. TELEQRAF

"Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır".

Bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.

"Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq", - deyə M.Zeynallı açıqlayıb.

Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.