
BAKI, 19 may. TELEQRAF
Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99,8 faiz dolub.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, kvotanın tam dolmasına son bir neçə yer qalıb. Yola düşəcək ilk zəvvar qrupunda 180 zəvvar olacaq.
Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın 25-də yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.