
BAKI, 19 may. TELEQRAF
Ötən gün Bakıda baş verən yol qəzasında dünyasını dəyişən 21 yaşlı Əşrəf Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi imiş.
Teleqraf xəbər verir ki, gənc qəzada müxtəlif dərəcəli xəsarətlər alıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Yaxınların bildirdiyinə görə, Əşrəf bu il universiteti bitirib iyul ayında əsgər gedəcəkmiş.
Faktl bağlı cinayət işi başlanılıb, istintaq aparılır.