BAKI, 16 may. TELEQRAF

"Türkiyədə Əvəz Zeynallının müayinəsi davam edir. Xərçəngdə genetik müəyyənləşdirmə üçün analizlər verilib. Sabah analizlərin cavabı bilinəcək".

Bunu Teleqraf-a açıqlamasında xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.

"Analizlərin nəticəsi bilinəndən sonra müalicə prosedurlarına başlanacaq", - deyə M.Zeynallı açıqlayıb.

Qeyd edək ki, Əvəz Zeynallı bu il aprelin 25-də xəstəliyi ilə əlaqədar həbsdən azadlığa buraxılıb. Bağırsaq xərçəngindən əziyyət çəkən jurnalist Ankaraya müayinə və müalicəyə gedib.