BAKI, 13 may. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra kimliyi müəyyənləşdirilən şəhid Abuzər Abbasov mayın 16-da dəfn olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Zərdab Rayon İcra Hakimiyyətindən bildirilib.
Şəhid Zərdab rayonun Yuxari Seyidlər kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1972-ci il oktybarın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 6-da hərbi xidmətə çağırılıb. 20 gün sonra - 1994-cü il yanvarın 26-da Fizuli rayonunun Aşağı Abdurəhmanli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Azərbaycan torpaqları işğaldan azad olunandan sonra A.Abbasovun meyitinin qalıqları tapılıb.