
BAKI, 13 may. TELEQRAF
"İşdən çıxarılan məktəb direktorları pedaqoji fəaliyyətini davam etdirə bilər".
Bunu Teleqraf-ın "İşdən çıxarılan məktəb direktorlarının taleyi necə olur?" sualına cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
“Məktəb direktoru əmək funksiyasını kobud şəkildə pozduğu halda tutduğu vəzifədən azad edilir. Direktorun təhsili və əvvəlki pedaqoji fəaliyyəti nəzərdə tutularaq əmək qanunvericiliyi ilə tənzimlənibsə, biz buna etiraz etmirik, o pedaqoji fəaliyyətini davam etdirə bilər. Ancaq məktəb rəhbərliyi kimi fəaliyyət göstərə bilməz”, - E. Bağırov qeyd edib.
Qeyd edək ki, son aylarda bir neçə məktəb direktoru vəzifəsindən azad edilib.