BAKI, 6 may. TELEQRAF
Onlayn və çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Media İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri və Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Agentliyə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.
Qeyd edək ki, müsabiqəyə mayın 13-ü saat 18:00-dək müraciət etmək mümkündür.
Onlayn media subyektlərinə dəstək müsabiqənin qaydaları ilə buradan, çap mediasına dəstək müsabiqənin qaydalarıyla bu link vasitəsilə ətraflı tanış ola bilərsiniz.