BAKI, 5 may. TELEQRAF

Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə icazə verilməməsinə səbəb məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə TASS özəl mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, azərbaycanlı deputatın ölkəyə girişinə qadağanın qoyulması onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları ilə bağlı olub.

Xatırladaq ki, ötən gün Milli Məclisin deputatları Azər Badamov, Elman Nəsirov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya tərəfinin dəvəti ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Həştərxanda səfərə gediblər. Nümayəndə heyətinə daxil olan deputat Azər Badamovun Rusiyaya girişinə icazə verilməyib. Qarşı tərəf "təhlükəsizlik məsələləri ilə bağlı" A.Badamovun ölkəyə girişinə icazə verməyib və o, geri qayıdıb. Digər şəxslərin Rusiyaya buraxılmasında problem yaşanmayıb.