BAKI, 3 may. TELEQRAF

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətlərində enerjinin verilişində məhdudiyyətlər yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"dən bildirilib.

Bu səbəbdən qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. "Bakı Metropoliteni"nin digər stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

Metropoliten sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edir.