BAKI, 28 aprel. TELEQRAF

Nərimanov rayonunda 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Teleqraf-a 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev məlumat verib.

O, bildirib ki, hadisə idarənin əməkdaşları tərəfindən aprelin 26-da keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı baş verib.

Faktla bağlı akt tərtib olunub.Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

“Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün "Ailə park" MTK-ya tapşırıq verilib”, - idarə rəisi qeyd edib.