BAKI, 25 aprel. TELEQRAF

Birinci Qarabağ müharibəsinin şəhidi Habil Əmralıyevin anası Xalidə Əmralıyeva vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

X. Əmralıyeva aprelin 25-də 76 yaşında dünyasını dəyişib.

Mərhum Bərdə rayonunun Xanərəb kəndinin qəbiristanlığında - şəhid övladının məzarı yanında dəfn olunub.

Qeyd edək ki, Xalidə Əmralıyeva 1949-cu ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Mərhum 4 övlad anası idi. Onun oğlu Habil Əmralıyev 1994-cü il yanvarın 3-də 21 yaşında Murovdağda şəhid olub.