BAKI, 24 aprel. TELEQRAF
Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3 maqnitudalı zəlzələ 5 km dərinlikdə baş verib.
Zəlzələ yerli vaxtla 14:12-də qeydə alınıb.