BAKI, 24 aprel. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Papanın dəfnində iştirak etməyəcək.
Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, Allahşükür Paşazadə həmin vaxt xaricdə beynəlxalq konfransda olduğundan Papanın dəfnində iştirak edə bilməyəcək.
Qeyd edək ki, Allahşükür Paşazadə bu gün İspaniya Krallığına səfər edəcək. QMİ sədri BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcək.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Aprelin 23-də onun cənazəsi olan tabut Müqəddəs Pyotr kilsəsinə aparılıb.