BAKI, 21 aprel. TELEQRAF

2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

22,9% - informasiya və analitik proqramlar
15,7% - idman proqramları
15,7% - musiqi və əyləncəli proqramlar
14,1% - bədii filmlər və seriallar
11,3% - reklam məzmunlu materiallar
8,6% - mədəni-maarif janrında proqramlar
3,7% - anonslar, elanlar
2,9% - sənədli film və materiallar
2,9% - sosial proqramlar
1,2% - sosial çarxlar
1,0% - uşaq proqramları və cizgi filmləri