BAKI, 21 aprel. TELEQRAF
Şəki stansiyasından 6 km şərqdə, Şəki-Oğuz sərhəddində zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
17 km dərinlikdə baş verən zəlzələ yerli vaxtla 08:31-də baş verib.