BAKI, 17 aprel. TELEQRAF

Hazırda ölkədə rəsmi qeydiyyatda 6487 vərəm xəstəsi var.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məlumat verilib.

Bildirilib ki, cari ilin ilk 3 ayında ilk dəfə vərəmə yoluxanların sayı hazırda məlum deyil.

“Lakin 2023-cü ilin ilk 3 ayında vərəm xəstələrinin sayı 1347 nəfər olub. 2024-cü ilin müvafiq dövründə vərəm xəstələrinin sayı azalaraq 1156 olub. Müqayisədə 200 xəstəyə qədər azalma qeyd olunur. Yalnız ilk 3 ayın müqayisəsində təxminən 15%-ə qədər azalma var. Sağaldıqdan sonra təkrar vərəmə yoluxanların sayı 20%-ə qədər qeyd olunur”, - qurumdan əlavə edilib.

Həmçinin bildirilib ki, aşkar olunan həssaslığı qorunmuş ilkin xəstələrin sayı 90%-ə qədər, təkrar xəstələrin sayı 85%-ə qədər aşkar olunur.