BAKI, 14 aprel. TELEQRAF

Xəzər dənizində zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 3,3 maqnitudalı zəlzələ yerli vaxtla 13:32-də qeydə alınıb.

Qeyd edək ki, zəlzələnin dərinliyi 72 km olub.