BAKI, 28 mart. TELEQRAF

İmişli rayonunda 3,4 bal gücündə zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 14:42-də baş verib.

Qeyd edilib ki, 53 km dərinlikdə olan zəlzələ hiss olunmayıb.