
BAKI, 17 mart. TELEQRAF
Martın 18-də Ramazan ayının on səkkizinci günüdür.
Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:21-də, iftar isə saat 19:05-dədir.
Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9
İftardan qabaq oxunan dua:
İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
Ramazan ayının 18-ci gününün duası
“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.
Tərcüməsi:
“İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlandır! Bədənimin əzalarını bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah”
Qeyd edək ki, qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.
Martın 30-da isə fitr bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.