
BAKI, 15 mart. TELEQRAF
ÜST tam inteqrasiyalı platforma yaradıb, fövqəladə hallarda ölkələr qurumla əməkdaşlıq edir və onun yardımından yararlanır.
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr" panel müzakirələrində Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, belə bir əməkdaşlıq Azərbaycanda pandemiya zamanı yüksək səviyyədə quruldu.
"Biz ÜST-ün akademiyasının təsis edilməsinin tərəfdarıyıq. Orada davamlı tibbi təhsil, iqlim dəyişikliyi ilə bağlı dərslər tətbiq oluna bilər. Süni zəka bütün imkanlarından, həmçinin səhiyyə sistemində idarəçiliklə bağlı imkanlar yarada bilər. Qlobal sistemdə məsuliyyət nəzərdə tutulmalıdır. Bu elə bir məsuliyyətdir ki, hər bir ölkə ideya dəstəyi versin və gələcəkdə çağırışların qarşısı alınsın. Çünki heç kəs bundan sığortalanmayıb. Bizdə belə bir platforma var, bunu genişləndirməliyik", - deyə nazir əlavə edib.