BAKI, 4 mart. TELEQRAF

Ötən gün Maştağa qəsəbəsində dəm qazından boğularaq vəfat edən Vətən müharibəsi şəhidinin valideynləri 56 yaşlı Məcnun və 52 yaşlı Gülnaz Ağayevlər dəfn olunublar.

Teleqraf xəbər verir ki, yas mərasimində ailənin yaxınları, dostları iştirak ediblər.

Qeyd edək ki, şəhid Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb.

2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.