BAKI, 27 fevral. TELEQRAF
İsmayıllıda 3,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələ Qəbələ radiostansiyasından 19 km cənubda bu gün saat 09:16 radələrində qeydə alınıb. Zəlzələnin dərinliyi 46 km olub.
Zəlzələ hiss olunmayıb.