
BAKI, 19 fevral. TELEQRAF
İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmətinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 15:11-də qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
Qeyd edilib ki, zəlzələnin dərinliyi 9 km olub.