.jpg)
BAKI, 19 fevral. TELEQRAF
“Dezinformasiya ilə birgə mübarizə aparmaq güclü iradə istəyir. Bu iradə bizim dövlət başçılarımızda, xalqımızda və əsgərlərimizdə var".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, dünya sürətlə inkişaf edir, bərabər çalışmaq asan olduğu qədər bir o qədər həssaslıq tələb edir.
"Qarşıdakı müddətdə media mənsubları ilə bu 5 ildə nələr etdik və nələr etməli olduğumuza dair geniş müzakirələr aparacağıq".
Qeyd edək ki, tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Bakanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.