BAKI, 19 fevral. TELEQRAF

"Yeni media düzəni Qarabağdan başladı”.

Teleqraf xəbər verir ki, bunu REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

“Dünyanın müxtəlif ölkələri, xüsusən Qərbin bəzi qüvvələri Azərbaycan vətəndaşlarının zəif nöqtələrini tapmaq istəyirlər. Belə vaxtda Azərbaycan və Türkiyə mediası birgə çalışmalıdır. Türkiyə və Azərbaycan mediasının üzərinə öhdəlik düşür. 1992-ci ildə Türkiyədən helikopter ala bilmədik. İndi "Bayraqdar"da uçuruq”- Mirşahin qeyd edib.

Qeyd edək ki, tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Bakanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.