BAKI, 19 fevral. TELEQRAF
"Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir".
Teleqraf xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, qürurlu tarixə malik Azərbaycan Türkiyə birliyi mürəkkəb mərhələlərdən keçərək son 5 ildə yeni zirvələrə yüksəldi. "150 yaşlı mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birlərindən bəhrələniblər".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 34 müsahibəsi birinci qardaş ölkənin fərqli ideoloji quruluşa malik mətbu orqanlarında yayımlandı.
"Qələbə müjdələri də ilk olaraq qardaş ölkənin media qurumlarında verilirdi”.
Tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Bakanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Media İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilib.