
BAKI, 14 fevral. TELEQRAF
“Bu yaxınlarda "Sabah" qruplarının əhatəliyinin genişləndirilməsi ilə bağlı sərəncam imzalandı. "Sabah" qrupları layihəsi ərsəyə gəlir. Bu, bizim üçün çox önəmlidir. Burada bizim həm üstünlüyümüz, həm də çatışmazlığımız var".
Teleqraf xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanma mərasimində çıxışı zamanı deyib.
“Burada əsas problem kifayət qədər şirkətlərlə əlaqələrimizin olmamasıdır. Bu gün imzalanan saziş bunun üçün başlanğıcdır. Burada üç aparıcı universitetin iştirakı çox önəmlidir. Bu həm də önəmli çağırışdır”.