BAKI, 11 fevral. TELEQRAF

Egey dənizində 4,7 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ yerli vaxtla 08:58-də qeydə alınıb.