
Saat 17:00-a olan məlumata əsasən hazırda bəzi yerlərdə qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, küləyin sürəti Tovuzda 20 m/s, Naftalan, Ceyrançöl, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Şəki, Şamaxı, Qobustanda yağış, Şahdağda isə qar yağır.
Naxçıvan, Şərur, Şahbuz, Culfa, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Zərdabda duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran və dağlıq rayonlarda 5 , Naxçıvan MR-da 3 dərəcəyədək istidir.
***
09:36
Saat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir.
Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir.
Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.